31 iyul 2024 at 10:44
Jurnalist kodu: 5564
Xəbər kodu: 85554078
T T
0 Persons

Kənani: Şəhid Haniyənin pak qanı heç vaxt hədər getməyəcək

31 iyul 2024 at 10:44
Xəbər kodu: 85554078
Kənani: Şəhid Haniyənin pak qanı heç vaxt hədər getməyəcək

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ömrünü mücahidlikdə və qəsbkar sionist rejimə qarşı şərəfli mübarizədə və Müqəddəs Qüdsün azad edilməsi yolunda keçirmiş bu yorulmaz mücahidin pak qanı, heç vaxt hədər getməyəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS-ın Tehrandakı siyasi ofisinin rəhbəri izzətli mücahid İsmayıl Haniyənin şəhadəti münasibətilə böyük və qürurlu Fələstin xalqına, HƏMAS hərəkatına, bütün Fələstin müqavimət qruplarına, eləcə də bütün müqavimət cərəyanları və Fələstin davasını dəstəkləyən millətlər və ölkələrə mübarək sayıb və başsağlığı verib. 

Kənani bu hadisənin miqyası və təfərrüatlarının İran İslam Respublikasının müvafiq qurumları tərəfindən davam edən təhqiqatına toxunaraq dedi: Şübhəsiz ki, ömrünü qəsbkar sionist rejimə qarşı şərəfli mübarizədə və Qüds əş-Şərifin azad edilməsi və məzlum Fələstin xalqının sionistlərin işğal caynağından azad edilməsi yolunda sərf etmiş bu yorulmaz mücahidin  pak qanı heç vaxt hədər getməyəcək. 

Diplomatik qurumun sözçüsü vurğulayıb: Mücahid qardaş İsmayıl Həniyənin  Tehranda şəhadəti İran İslam Respublikası ilə əziz Fələstin və müqavimət arasındakı dərin və qırılmaz bağları gücləndirəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .